Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Azərbaycan parlamentinin sədri Türkmənistana səfər edəcək

23:44  |    10 Dekabr 2015  |   E-mail  |  Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də bu ölkəyə səfər edəcək.

Qaziler.az bildirir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçiriləcək tədbirdə Rusiya, Çin, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Pakistan və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.
Konfransda əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq, mövzu ilə əlaqədar tədbir iştirakçılarının çıxışları dinləniləcək.
Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir.
Aşqabadda keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.
Səfər dekabrın 12-də başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20.02.2020
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri başlayıb