Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Xomeyninin nəvəsi seçkilərə qatılacaq

16:00  |    10 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

İran İslam İnqilabının banisi İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni ölkənin Xobreqan Ekspertlər Məclisinə (dini lideri təyin edən və onun fəaliyyətinə nəzarət edən qurum) keçiriləcək seçkilərdə iştirak edəcək.


APA-nın İran bürosunun məlumatına görə, bu barədə İRNA-ya Həsən Xomeynin qardaşı Seyid Əli Xomeyni bildirib. Qardaşının namizədliyini müstəqil şəkildə irəli sürdüyünü deyən Əli Xomeyni özünün seçkilərdə iştirak etməyəcəyini qeyd edib: “Seçkilərdə iştirakla bağlı müxtəlif qruplar və partiyalardan bizə dəvətlər olub. Mən qatılmamağa qərar verdim. Lakin böyük qardaşım qərara gəlib ki, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürsün”.

Qeyd edək ki, İranın Etidal (Mötədillik) və İnkişaf Partiyası Seyid Həsən Xomeynini namizədliyini irəli sürməyə dəvət edib.

Həsən Xomeyni kimi tanınan Seyid Həsən Müstəfəvi İmam Xomeynin məqbərəsinin qəyyumu, İslam Azad Universitetinin təsisçilər heyətinin üzvüdür. O, islahatçılar düşərgəsinə, xüsusilə keçmiş Prezident Məhəmməd Xatəmiyə yaxınlığı ilə tanınır.

Həsən Xomeyni İmam Xomeyninin vəfatından sonra onun ailəsindən seçkilərə qatılan ilk seyid olacaq.

Xobreqan Ekspertlər Məclisinə seçkilər gələn fevralın 26-da parlament seçkiləri ilə eyni gündə keçiriləcək. Məclisin 86 üzvü var. Bu məclis, adətən, hər 6 aydan bir iclas təşkil edir və hər iki ildən bir Rəyasət Heyətinə seçkilər keçirir. Rəyasət Heyətinin tərkibinə sədr, birinci müavin, ikinci müavin və Rəyasət Heyətinin iki katibi daxildir.

İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, Xobreqan Ekspertlər Məclisinin əsas vəzifəsi Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İslam Respublikasına Ali Rəhbər seçməkdir. Ali Rəhbər vəfat edərsə, işindən uzaqlaşarsa və ya üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməzsə, Xobreqan Ekspertlər Məclisinin üzvləri yeni Ali Rəhbər seçməlidirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20.02.2020
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri başlayıb