Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

ABŞ Dövlət Departamentinin rəsmisi Dağlıq Qarabağdan danışdı

14:38  |    10 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrdə ölən və xəsarət alan insanların ailələrinə dərin kədərimizi çatdırıram. Gərginliyin artması və ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və biz tərəfləri atəşkəs rejiminə ciddi şəkildə sadiq qalmağa çağırırıq”.

APA-nın məlumatlna görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, son zamanlar vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı öhdəliklərinə uyğun deyil: “Cari ayın sonunda ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüşü təşkil edəcəklər. Biz tərəfləri zorakılıqdan yayınmaq və danışıqlar atmosferini yaxşılaşdırmaq üçün bütün addımları atmağa çağırırıq”.

Rusiya-Türkiyə arasında gərginliyin artmasının Ermənistan və Azərbaycan arasında gərginliyə səbəb ola biləcəyi sualını cavablandıran C.Kirbi deyib: “Biz mənbəyindən asılı olmayaraq gərginliyin özündən narahatıq. Aydındır ki, hər iki halda biz gərginliyin soyumasını arzulayırıq. Təbii ki, gərginlikdən narahatıq və xüsusilə də iki həftə bundan əvvəl təyyarənin vurulması ilə əlaqədar Türkiyə-Rusiya münasibətlərinə baxacaq, müşahidə aparacağıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
15.10.2019
Ərdoğandan mükəmməl gedişlər: nəyə nail oldu?
14.10.2019
Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
14.10.2019
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14.10.2019
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib