Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Prezident İlham Əliyev Şaansi avtomobil zavodu ilə tanış olub

23:43  |    09 Dekabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə Sian şəhərində yaradılmış zavodun hazırda 23 min işçisi var.

İstehsal prosesinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. “SACHMAN” yük avtomobilləri Almaniyanın “MAN” şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.

Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi əyalətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün də ehtiyat hissələri buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.

Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Türkiyədə İslam dünyasının ən böyük kitabxanasının açılışı olub – VİDEO
22.02.2020
Baş Prokurorluq və DİN Kürdəmirdə ana və azyaşlı oğlunun ölümü ilə bağlı birgə məlumat yayıb
22.02.2020
Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb
21.02.2020
Azərbaycanda it qadını dişləyərək bu hala saldı - FOTO
21.02.2020
Bu məntəqələrin də nəticələri ləğv edildi