Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6516

Digər sorğular

“Qızıl Ulduz“ medalı və “Şah İsmayıl” ordeni qızıldan olacaq

22:06  |    09 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanı ("Qızıl Ulduz" medalı) və “Şah İsmayıl” ordenin təsviri və tərkibi dəyişdirilir.

Qaziler.az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” və “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər edilir.

“Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nişanın ilgək və halqa vasitəsi ilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözləri ilə əvəz edilir.

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə ordenin təsviri belə verilir: “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında “Şah İsmayıl” sözləri yazılıb”.

Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: “Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında “Şah İsmayıl” yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub”.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.10.2019
Etibar Məmmədov “böyük qayıdışı” təkzib etmədi
16.10.2019
Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi:"Mən və qızlarım şikayətçi deyilik" - FOTO
16.10.2019
Prezident İlham Əliyev bunu onlara dedi: Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir
16.10.2019
Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi
16.10.2019
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb