Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

İran Azərbaycanı təhdid etdi

21:15  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Əgər İran olmasaydı, Azərbaycan bu gün sadəcə mövcud olmazdı”.

ANS PRESS-in İranın “İran.ru” saytına istinadla verdiyi məlumata görə, bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin Sərab şəhərinin dini lideri Əli Əkbər Əkrəmin deyib.

Əli Əkbər Əkrəmin sözlərini Dağlıq Qarabağ müharibəsi vaxtı İranın Azərbaycana etdiyi yardımla əsaslandırıb.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlasaq da diplomatik qurumdan heç bir açıqlama vermək istəmədilər.

Bakının Nardaran qəsəbəsində isə noyabrın 6 –da keçirilən əməliyyatdan sonra İranın bəzi dairələrindən Azərbaycana qarşı ittihamlar səslənməyə başlandı.

Bundan əvvəl İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırmışdı.

Parlament üzvü bildirib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə Nardaran hadisələri ilə bağlı verdiyi açıqlamada bildirmişdi ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib. “Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur” .
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20.02.2020
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri başlayıb