Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6700

Digər sorğular

Zakir Həsənov Fransanın yeni səfiri ilə görüşüb

20:15  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez ilə görüşüb.

Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan ilə Fransa arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri, ölkələrin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi qeyd edən Müdafiə naziri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bölgədəki vəziyyətə toxunan nazir bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir. “Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib”, - deyə Müdafiə naziri vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım diplomat ölkələ arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin genişləndirilməsinə dair konkret məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif ixtisaslar üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Nazirlik yoxlamalar apardı - Ciddi nöqsanlar aşkar edildi
18.02.2020
Neft Daşlarında çalışan üç qazinin həyat hekayəsi
17.02.2020
Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
17.02.2020
Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb
17.02.2020
Deputat Vahid Əhmədov: "Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib" - VİDEO