Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Neftçilər batan yerə ilk çatan gəminin komandiri öldü

18:45  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib. QAZİLER.AZ xəbər verir ki, nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məlum olduğu kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

"Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib".

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub.



Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanınıb. İki övladı var.

Allah rəhmət eləsin!

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb. Ümumilikdə 7 nəfər ölüb.

Meyiti tapılanlar aşağıdakılardır:
Tağıyev Fuad Tahir oğlu,
Mahmudov Ağa İzzət oğlu
Babayev Mikayıl İsmayıl oğlu
Mayılov Samir Cahangir oğlu
Quliyev Fəxrəddin Xancan oğlu
İsgəndərov Habil Tağı oğlu
Həsənov Ramiz

23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
23.01.2020
Qənirə Paşayeva fərdi şəkildə görüşmək istəyən 100-dən artıq Tovuz sakinini qəbul edib - FOTOLAR
23.01.2020
“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu