Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi -VİDEO

16:45  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə 1 milyon manat dəyərində humanitar yardımı Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salıb.


APA TV-nin məlumatına görə, yola salma mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov da iştirak ediblər.

Faiq Tağızadə bildirib ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək: “Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir”.

Səfir Aycigit Buranov Azərbaycan prezidentinə və xalqına təşəkkür edərək bildirib ki, Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq: "Biz heç vaxt bunu unutmayacağıq. Çünki biz keçmişdə də, indi də çox yaxınıq. Ən çətin vaxtlarda qardaş Azərbaycan həmişə köməyə gəlir".

Xatırladaq ki, Qırğızıstanda noyabrın 17-də baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 4000-dən artıq tikili dağılıb və ya ciddi zədələnib, soyuq Oş vilayətində xeyli ailə evsiz qalıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Ərdoğandan mükəmməl gedişlər: nəyə nail oldu?
14.10.2019
Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
14.10.2019
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14.10.2019
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib