Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

Şengen ölkələri arasında sərhəd zolağı yaradılır - İLK DƏFƏ -VİDEO

16:38  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Avstriya hökuməti Sloveniya ilə sərhəd zolağının 4 kilometrlik hissəsində mühafizə divarının tikilməsi haqqında qərar qəbul edib.

APA TV-nin məlumatına görə, bununla bağlı hazırlıq işlərinə artıq bazar ertəsindən etibarən başlanılıb. Görülən işlərə ordunun da cəlb olunduğu bildirilir.


Müşahidəçilərin fikrincə, bu, Şengen zonası ölkələri arasında inşa ediləcək ilk belə baryer olacaq. Rəsmi Vyanadan verilən açıqlamada bildirilir ki, əsas məqsəd ölkəyə miqrant axınına effektiv nəzarətin təmin edilməsindən ibarətdir. O da qeyd olunur ki, hələlik tikanlı məftillərdən istifadə edilməyəcək.

Bu arada polis kordonunun əks tərəfindəki qaçqınlar Angela Merkeldən dəstək istəyərək, Almaniyaya yalnız silahlı münaqişələr nəticəsində öz ölkələrini tərk edən insanları deyil, hər kəsi buraxmağa çağırıblar. Noyabr ayında Almaniyaya mühacirət edənlərin sayında rekord göstərici qeydə alınıb. Belə ki, noyabrda ölkəyə 206 min qaçqının gəldiyi bildirilir. Ekspertlər ilin sonunadək bu sayın 1 milyon nəfəri ötəcəyi qənaətindədir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni həyasızlığı: “Western Armenia” Türkiyə torpaqlarını öz adlarına çıxdı - Video
06.12.2019
Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR
06.12.2019
Nensi Pelosi: "Trampın impiçmenti siyasi məqsəd daşımır"
06.12.2019
Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq
05.12.2019
Zeynalabdin Tağıyevin İstanbuldakı villası rekord qiymətə satışa çıxarıldı