Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Moskvada IŞİD üzvünə qarşı ilk hökm oxundu

12:30  |    08 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Moskvada ilk dəfə olaraq İŞİD qruplaşması üzvü barəsində çıxarılmış hökm qanuni qüvvəyə minib.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Moskva şəhərində yaşayan iri avtomobil servis mərkəzinin sahibi Tural Rəhimov Suriyada döyüşlərdə İŞİD-in "Türk evi" dəstəsində iştirakda təqsirli bilinib.


Moskvaya qayıtdıqdan sonra T.Rəhimov İŞİD sıralarına yeni silahlıların cəlb edilməsi və terrorçular üçün döyüş sursatı əldə edilməsi ilə məşğul olub. Onun 2014-ci ilin sentyabrında Rusiya əks kəşfiyyatçıları tərəfindən yaxalandığı bildirilir.

Tural Rəhimova qarşı cinayət işinə Moskvanın Lefortovo məhkəməsində xüsusi qaydada baxılıb. O, ittihamları qəbul edib və istintaqla əməkdaşlığa razılıq verib. T.Rəhimov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən (xarici ölkə ərazisində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmə) təqsirli bilinib. Məhkəmə onun barəsində 4 il həbs cəzası çıxarıb. Məhkəmənin hökmünə qarşı şikayət verilmədiyindən qərar qanuni qüvvəyə minib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib - FOTO
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA
07.07.2020
Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu