Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Baydenin ciddi Kiyev səfəri: Yeni Maydan gəlir

21:15  |    07 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Rəsmi Kiyev ölkədə ciddi iqtisadi və siyasi islahatlara getməzsə, Qərb və Avropa yeni bir Maydan üçün yaşıl işıq yandırmalı olacaq.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov paylaşıb. Onun sözlərinə görə, Bayden Kiyevə xüsusi mesajla gəlib:

“Amerika vitse-prezidenti Co Baydenin Ukraynaya səfərinin əsas məqsədi Kiyevin bu gün düşdüyü çətin durumla bağlıdır. Bu səfər Ukrayna hökumətinin yaxın illərdə davam etmə və ya getmə məsələsini həll edəcək. Amerika və Avropa haqlı olaraq Ukrayna hökumətinin yürütdüyü siyasətdən narahat və narazıdır. İnqilabdan sonra hakimiyyətə gələn yeni hökumət istər xalqın, istərsə də Qərbin gözləntilərini tam olaraq doğrultmadı. Bu gün gəlinən nöqtə odur ki, artıq daxildə rus sevgisi getdikcə artmaqdadır. Səbəb isə demokrat adı ilə hakimiyyətə gələn yeni hökumətin əslində diktaturadan heç bir fərqinin olmamasıdır. Korrupsiya və rüşvət demək olar ki, bütün strukturlarda olduğu kimi qalır. Bürokratik əngəllərin olması isə xarici investorların ölkəyə gəlişinin qarşısını alır. Rəsmi Kiyev korrupsiya ilə mübarizə apardığını görüntü olaraq yaradır. Əslində isə Yanukoviç dönəmindən qalan şəxsləri öz adamları ilə əvəz etməklə hökumət eyni korrupsiya prosesini davam etdirir. Baydenin Ukraynaya səfəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) son altı ayda hazırladığı hesabatı Ağ Evə təqdim etməsindən sonra qərara alındı. MKİ-nin (CİA) bu hesabatının adı “Avropa Təhlükədə” (Europe is in danger) adlanır. Hesabata bu adın verilməsi Ukrayna hökumətinin yanlış daxili siyasəti nəticəsində Rusiya təhlükəsinin bölgədə artması ilə əlaqədardır. Hesabatın əsas hissəsi Ukrayna mərkəzi hökuməti ilə regionlar arasında kordinasiyalı fəaliyyətin olmamasına həsr edilib. Odessa vilayətində rüşvətxorluq və korrpusiya ilə bağlı aparılan mübarizə hələ də nəticəsiz qalır. Səbəb isə rəsmi Kiyevin vilayətlərdə yaratdığı bürokratik əngəllərdir”.

O, Baş nazir Yaçenyukun komandasıyla Poroşenkonun bacarmadığını bildirib:

“Regionların sərbəst fəaliyyətini tamamilə məhdudlaşdıran rəsmi Kiyev bu yolla ölkədə korrpusiya və rüşvət mexanizminə tam nəzarət etmiş olur. Bu isə ölkəni uçuruma aparır. Hesabatın əsas diqqət çəkən tərəflərindən biri də Krım ilhaqından və Rusiyanın “Novorosiya” dediyi layihəni gerçəkləşdirməsindən sonra regionların hökumətə qarşı inamının rəsmi Kiyevin qeyri-stabil daxili siyasəti nəticəsində itirməsidir. Hazırkı situasiyadan Rusiya kəşfiyyatı çox yaxşı istifadə edir. Daxildə vətəndaş cəmiyyəti institutlarına, müxtəlif partiya və təşkilatlara dolayı yolla maliyə axını təşkil edilir. Bu isə yaxın gələcək üçün sonu ağır nəticələrə gətirə biləcək bir prosesdir. Ukrayna höküməti demokratik bir hakimiyyət vizyonu yaratsa da, əslində, bu gün hakimiyyətdə olanlar dünən Ukrayna siyasi tarixində korrupsiya əməllərilə tarix yazmış şəxslərdir. Ukraynada reformların həyata keçməməsinin əsas səbəbkarlarından biri də hazırkı Baş nazir Yaçenyuk və komandasıdır. Prezident Poroşenko demək olar ki, baş nazir və komandasıyla bacara bilmir. Əsas problem də məhz buradan qaynaqlanır. Ukrayna əhalisinin demək olar ki, yarıdan çoxu baş nazir və komandasının fəaliyyətindən narazıdırlar. Bu istər NATO, istər MKİ (CİA), istər alman kəşfiyyatı (BND), istərsə də digər Avropa ölkələrinin kəşfiyyat organlarının öz hökumətlərinə təqdim etdikləri hesabatlarında əksini tapır. Məhz bütün bunlar Amerika vitse-prezidenti Co Baydenin Ukraynaya səfərini tezləşdirdi. Bayden istər prezidentlə, istərsə də baş nazir və komandasıyla bağlı qapılar arxasında ciddi mesajlarını çatdıracaq və hazırlanan hesabatların bir nüsxəsini məhz onlara təqdim edəcək. Ukrayna artıq böyük bir seçim qarşısındadır. Bu seçim onlar üçün asan olmasa da, xalqın iradəsilə prosesi keçə biləcəklərinə ümid etmək olar. Əks təqdirdə Avropa təhlükədədir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək
18.11.2019
Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"