Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

XİN “Lifenews“un əməlini pisləyib

20:30  |    07 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir.”

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın xəritəsinin təhrif olunduğu videosüjetə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.


Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələ ilə əlaqədar lazımı tədbirlər görəcək: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir. Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır. "Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”.

Xatırladaq ki, dekabrın 5-də "Lifenews"da efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif edilib. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə göstərilməyib.

Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Azərbaycan-Türkiyə sənədləri imzalandı - FOTO
25.02.2020
Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi
25.02.2020
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
25.02.2020
Xocalı soyqırımı abidəsini ziyarət edən qazilərdən Prezidentə MÜRACİƏT
25.02.2020
Hərbi porokuror: “Xocalı soyqırımı ilə bağlı 7500-ə yaxın prosessual hərəkət aparılıb”