Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Türkiyə tankları İraqa girdi, Bağdad 48 saat vaxt qoydu - MÜHARİBƏ TƏHLÜKƏSİ-VİDEO

15:45  |    07 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

İraqın baş naziri Hayder Əl-Abadi türk ordusuna ölkə ərazisini 48 saat ərzində tərk etməli olduğu barədə bəyanat verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumət başçısı vurğulayıb ki, əks halda, İraq BMT Təhlükəsizlik Şurasına müraciət də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edəcək.


Baş nazir əl-Abadi rəsmi Bağdadın türk ordusunun ölkədə yerləşdirilməsinə razılıq vermədiyini sözlərinə əlavə edib. Hökumət rəsmilərinin daha öncə verdiyi açıqlamaya görə, dekabrın 4-də Türkiyənin tank batalyonu İraqın Naynava əyalətinə daxil olub. Bu addımın kürd milli birliklərinin hazırlanması bəhanəsi ilə atıldığı bildirilir.

Bu arada İraqın Xarici İşlər Nazirliyi türk hərbçilərinin ölkədə mövcudluğunu "düşmənçilik məqsədi" daşıdığını qeyd edərək, onların dərhal çıxarılmasını tələb edib. Öz növbəsində İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim əl-Zəmli isə türk hərbçilərinin ölkəni qeyd-şərtsiz tərk etməyəcəyi təqdirdə, onlara hücum ediləcəyini bəyan edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...