Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

İrəvanda etiraz aksiyaları başladı: müxalifət Sarkisyanı istefaya çağırır -VİDEO

13:00  |    07 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb.

APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, öncə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub.

Mitinq başlayana qədər İrəvan Polisinin rəis müavini Valeri Osipyan “İrs” Partiyasının lideri Raffi Ovannisyana xəbərdarlıq edərək, xalqı iğtişaşlara sürükləməməyə çağırıb, əks halda, polisin ictimai asayişi təmin etmək üçün lazımi addımlar atmaq məcburiyyətində qalacağını deyib.

Mitinqdə çıxış edən Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək, referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.

Mitinqin ardınca isə xeyli sayda polisin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasının binası önünə yürüş başlayıb. Yürüşə Təsisçi Parlamentin üzvü Jirayr Səfilyan və Raffi Ovanisyan rəhbərlik edir.

Qeyd edək ki, ötən gün Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək