Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

İran Ərdoğanın sözlərinə reaksiya verdi

19:45  |    04 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran mediasından özünün və ailəsinin İŞİD-lə əlaqələrinin olmasına dair xəbərlərin çıxarılması ilə əlaqədar söylədiyi fikirlərinə reaksiya verib.


Trend-in məlumatına görə, bu barədə İranın tasnimnews xəbər saytı məlumat verir.

İran XİN-nin sözçüsü Hüseyn Cabirənsari deyib ki, qonşu ölkələr siyasi mövqelər sərgiləyərkən nəzakətli, əlaqələrdə qarşılıqlı hörmət və məsuliyyətli davranmalıdırlar: “Bilərəkdən və ya bilməyərəkdən Suriyada və İraqda terrorizmi dəstəkləyən çıxışlar etmək və mövqe sərgiləmək regionda böhranın daha da dərinləşməsinə səbəb olur və belə siyasətlər yürüdən ölkələrdə problemlər yaradır.”

H.Cabirənsari deyib ki, İran region ölkələrinin terrorizmlə mübarizədə birləşməsini alqışlayır və bu məqsədə çatmaq üçün qonşu ölkələrlə koordinasiyalı formada əməkdaşlıq edir.

Qeyd edək ki, ötən gün Rəcəb Tayyib Ərdoğan açıqlama verərək bildirib ki, İran mediasında onun və ailə üzvlərinin İŞİD terror təşkilatından neft almasına dair məlumatlar yayımlanıb. Ərdoğan qeyd edib ki, bu kimi məlumatlar yayımlandıqdan sonra o, ölkə prezidenti Həsən Ruhaniyə zəng edib narazılığını bildirib və bundan sonra İran mediasında yayımlanan həmin xəbərlər iftira və yalan olduğu üçün saytlardan çıxarılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ