Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Oqtay Əsədov TürkPA-dan medal aldı

18:30  |    04 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

TürkPA-nın Astanada keçirilən 6-cı plenar iclasında təşkilata sədrliyi Azərbaycan Qazaxıstana təhvil verib.

APA-nın “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, sədrliyi təhvil alan Qazaxıstan Məclisinin spikeri Kabibulla Cakupov TürkPA-ya sədrliyi dövründə aparılan işlərə görə Azərbaycan parlamentarilərinə təşəkkür edib.


Bununla yanaşı, K. Cakupov TürkPA-nın türkdilli ölkələr arasında dialoq üçün vacib platforma olduğunu qeyd edib.

“TürkPA türk inteqrasiyasının parlament ölçüsüdür. Assambleya fəaliyyəti ilə ölkə rəhbərliklərinin qərarlarına hərtərəfli yardım edir,” - deyə spiker bildirib.

Məclisdə 2014-cü il boyu TürkPA-nın fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, katibliyin gələn il üçün büdcə layihəsi nəzərdən keçirilib, növbəti plenar iclasın keçirilmə yeri və vaxtı müzakirə olunub.

İclasda ilk dəfə olaraq TürkPA-nın medalları təqdim edilib.

Türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsində xidmətlərinə görə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamentinin spikeri Kabibulla Cakupov, Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov, və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman medalla təltif olunublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ