Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib

17:45  |    04 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Azərbaycanda 2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyası, daha sonra milli təhlükəsizliklə bağlı qanun qəbul edilib”.

APA-nın məlumatına görə, bunu bu gün “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, kimsə, hansısa qrup Azərbaycanın dövlət quruluşuna qarşı çıxırsa, bu, ən böyük cinayətdir: “Konstitusiyada aydın yazılıb ki, din dövlətdən ayrıdır. Nardaranda məsciddə nə işlə məşğul idilər? Yaxud qara bayraqlar asırlar, bunu imamların adı ilə bağlayırlar. Bir əsr əvvəl Sabir, Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Görün, o kişilər nə qədər böyük olublar?! Baxıram, Nardaranda 2-3-cü sinif uşaqları necə tərbiyə olunurlar? Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın. Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxıla bilər. Bu, dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq”.

Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ