Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Əhməd Davudoğlu: ​“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq“

23:02  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

"Azərbaycanın işğal edilən torpaqlarının azad olunması üçün Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Qafqazda sülh yaradılması üçün həyata keçirilən layihələrdə iştirak edəcəyik. Dünyada bir çox problemlərin həlli ərazi bütövlüyünə hörmət edilməsindən asılıdır".

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, Cənubi Qafqaz regionu Azərbaycan ərazisinin 20 faizinin işğalı problemilə üz-üzədir: "Mən bildirmək istəyirəm ki, Türkiyə uzunmüddətli sülhün yaranması istiqamətində atılan bütün addımları dəstəkləyir.
Mən həmişə can Azərbaycan deyirəm. Türkiyədə hökumət başına kim gəlirsə, ilk ziyarətini Azərbaycana edir. Mən də ilk ziyarətimi mənəvi məmləkətim Bakıya etdim. Azərbaycan haradadırsa, Türkiyə də həmişə orada olacaq".
Ə.Davudoğlu bildirib ki, Azərbaycan bir çətinliklə üzləşsə, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: "Bunu söz xatirinə demirik. Layihələri dəstəkləyirik. TANAP layihəsi qarşılıqlı əlaqələr əsasında əmələ gəlib. TANAP, Bakı-Tbilisi-Ceyhan kimi iki böyük layihələr var. TANAP-ın həyata keçilməməsi Avropaya da təsir edəcək. Bunu Avropa liderlərinə də söylədim. Ən etibarlı və təhlükəsiz xəttin Xəzər yolu olduğunu söylədim. Bunları Çindəki görüşlərimdə də bildirmişəm".
O, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ