Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Azay Quliyev: “İŞİD-i birdəfəlik yox etmək üçün koalisiya yaradılmalıdır“

21:38  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

"Bu yaxınlarda Parisdə terror aktları nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı vermək istəyirəm. Həmçinin, bu terror aktlarını, eləcə də, son iki ayda Türkiyədə, Misirdə, Livanda və digər ölkələrdə oxşar faciə törədənləri qəti şəkildə pisləyirəm".

Lent.az-ın məlumatına görə, bunu Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclasında çıxışı zamanı ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, indiyədək Avropa ölkələri Suriya qaçqınlarına o qədər də tolerant münasibət göstərməyiblər: "BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının hesabatına görə, Suriya böhranı başlayandan bəri Avropa Birliyi təqribən 700 min qaçqın qəbul edib. Azərbaycan bunun ağır yük olduğunu öz təcrübəsindən yaxşı bilir. 20 ildən çoxdur ki, Ermənistanın təcavüzü nəticəsində öz evlərindən qovulmuş 1,2 milyon qaçqın və məcburi köçkünə Azərbaycan qucaq açıb".

A. Quliyev qeyd edib ki, Suriya böhranını tamamilə aradan qaldırmaq üçün ilk növbədə bunun arxasında duran səbəbləri həll etməliyik: "İŞİD təkcə region deyil, həmçinin dünyanın təhlükəsizliyi və inkişafı üçün başlıca təhdiddir. Terror aktları göstərdi ki, dünyada heç bir ölkə terrordan sığortalanmayıb. Terrorla mübarizə aparmaq tək bir ölkənin məsuliyyəti deyil, bu hamımızın ortaq problemidir. Ona görə də İŞİD-ə qarşı bütün ölkələr birləşməli və vahid Beynəlxalq Koalisiya halında mübarizə aparmalıdır. Fikrimcə, İŞİD-i birdəfəlik yox etmək və Suriya, İraqda sülhü və əmin-amanlığı bərqərar etmək üçün vahid koalisiyanın yaradılması vacibdir".

Onun sözlərinə görə, ATƏT PA bu böhranın həllində yaxından iştirak etməli və öz töhfəsini verməlidir: "Bu baxımdan ATƏT PA-nın prezidenti Kanervaya təklif edərdim ki, Suriyadakı humanitar vəziyyət və təhlükəsizlik, eləcə də, miqrant və qaçqın problemlərinin barədə müntəzəm hesabatlar verməsi üçün ATƏT PA Suriya üzrə xüsusi nümayəndə təyin etsin".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
Azərbaycan əhalisinin sayı açıqlanıb
19.11.2019
“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli
19.11.2019
Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ
19.11.2019
Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir