Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Əlillər günü qeyd edildi

21:00  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Respublika Əlillərin Bərpa Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyi vurğulanıb.


Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı həmin insanların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası məqsədilə aparılan işlərin ilbəil güclənməsi ilə müşaiyət olunur. Əlilliyi olan şəxslərə ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.

Nazirliyin əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illərdə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Cari ilin sentyabr ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün bərpa müalicəsi sahəsində ən yüksək standartlara cavab verən bir müəssisədir. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli tibbi-fizioterapevtik üsulların həyata keçirilməsi üçün ən müasir tələblər səviyyəsində şərait yaradılıb.

Bərpa mərkəzində müalicə alan əlilliyi olan şəxslər ürək sözlərini ifadə edərək, bu gün Azərbaycan dövlətinin hər bir əlil vətəndaşının qayğısına qalmasından, bu təbəqədən olan insanların həyat səviyyələrinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqlarını bildiriblər. Onlar bütün sahələrdə qayğı ilə təmin olunmalarına, eyni zamanda əlilliyi olan şəxslər üçün müasir və səmərəli reabilitasiya sisteminin qurulmasına görə Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı
14.11.2019
Kərəm Həsənov qazilərin haqqını bərpa etdi - VİDEO
14.11.2019
Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14.11.2019
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)