Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Evlərdə dəm qazı sızmasını aşkar edən detektorlar quraşdırılacaq

19:22  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Bundan sonra mənzillərdə dəm qazı sızmalarını aşkar edən detektorlar quraşdırılacaq.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov deyib. Onun sözlərinə görə, cihazlar yalnız yeni çəkilən qaz xətlərində tətbiq olunacaq.

E.Əhmədov qeyd edib ki, mövcud qaz xətlərində isə yeni cihazların tətbiqi üçün vətəndaşlar da maraqlı olmalıdır: “Artıq bir qayda olaraq bundan sonra yeni çəkilən qaz xətlərində mütləq detektorlar da quraşdırılacaq. Amma buna baxmayaraq, vətəndaşlar müraciət etdiyi təqdirdə köhnə xətlərdə də detektorlar quraşdırıla bilər. Hesab edirəm ki, cihazların quraşdırılması insanları dəm qazı sızmalarından xeyli sığortalayacaq. Ona görə də hər kəs bu cihazlardan mənzillərində istifadə etməlidir”.

Qurum rəsmisi sözügedən cihazların konkret quraşdırılmasına nə vaxt başlanacağı barədə məlumatlı olmadığını desə də qeyd edib ki, hazırda bu istiqamətdə işlər gedir: “ Mövcud qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edilib və cihazların tətbiqi şərt kimi irəli sürülüb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO