Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Prezidenti İlham Əliyev Latviyanın rifah nazirini qəbul edib

17:54  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Latviyanın rifah naziri Uldis Auqulisi qəbul edib.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin yaxşı göstəricisi olduğunu bildirib.

Bu səfərlərin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin həllinə töhfəsini verdiyini deyən dövlət başçısı bu baxımdan Latviyanın rifah naziri Uldis Auqulisin də ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu qeyd edib. Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən dövlət dəstəyindən danışan prezident İlham Əliyev ölkəmizdə bu sahədə ən qabaqcıl standartların tətbiq edildiyini və iki ölkə arasında əməkdaşlığa dair yeni istiqamətlərin müzakirə olunmasının önəmini qeyd edib.

Azərbaycanın sosial müdafiə sahəsində qazandığı nailiyyətlərə toxunan Latviyanın rifah naziri Uldis Auqulis ölkəmizin müvafiq qurumları ilə birgə işləmək niyyətində olduqlarını bildirib.

Hər iki ölkədə uğurla tətbiq olunan təcrübənin öyrənilməsinin vacibliyini xüsusi vurğulayan Latviyanın rifah naziri əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə nail olmaq üçün görülən işlər, əldə edilən uğurlar və qarşıya çıxan problemlərə dair müzakirələr aparılmasının əhəmiyyətini vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ