Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Nazirlik 15 əcnəbiyə Azərbaycanda ov etmək icazəsi verdi

17:45  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xüsusi Dövlət Mühafizə Xidməti “Hərbi Ovçuluq İttifaqı” MMC-dən və Müdafiə Nazirliyindən 19, 27 və 30 noyabr tarixlərində Qətər Əmirliyinin 4, Səudiyyə Ərəbistanı Krallığının 2 və Bəhreyn Krallığı Müdafiə Qüvvələrinin əməkdaşları olan 9 nəfər vətəndaşına ölkənin ovçuluq təsərrüfatlarında ov üçün icazə biletlərinin verilməsi barədə rəsmi müraciət daxil olub.

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirlikdə müraciətə baxılıb, qanunamüvafiq sənədlərin təqdim olunmasından sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumilikdə 15 nəfər xarici ölkə vətəndaşına “Sarısu” ovçuluq təsərrüfatı da daxil olmaqla İmişli, Kürdəmir, Hacıqabul rayonlarının ərazisində, o cümlədən Biləsuvar ərazisindəki ovçuluq təsərrüfatlarında normativlər daxilində müvafiq sayda çöl quşlarının ovlanmasına icazə bileti verilib.

Qeyd edək ki, xarici vətəndaşlara Azərbaycan ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilmiş və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiqlənən “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO