Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Davudoğlu: “Türkiyə Azərbaycanın yanında olacaq”

16:15  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Dağlıq Qarabağ başda olmaqla, Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı mövqeyimiz açıq və konkretdir. Azərbaycanın bütün torpaqları azad olunana qədər Türkiyə bu məsələdə Azərbaycanın yanında olacaq”.


APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə yola düşərkən jurnalistlərə açıqlamasında deyib.

Rusiya rəhbərliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsinə dair sualı cavablandıran Ə. Davudoğlu bunun sovet təbliğatını xatırlatdığını söyləyib: “Son bir həftə ərzində Rusiya mediasında yayılan məlumatlar və Rusiya rəhbərliyi tərəfindən verilən açıqlamalar mənə gəncliyimi xatırladır. Sovet təbliğat maşını vardı. Bunlar “Pravda” yalanları kimi qiymətləndirilirdi. Rusiyanın sovet davranış tərzini unutduğunu düşünürdük, amma bunlar bir-bir yenidən ortaya çıxır. Ekspansiya siyasəti nəticəsində qonşularla problemlər yaşayırlar və bunları örtmək üçün təbliğat maşınından istifadə edirlər. Bu yalanlara kimsə etibar etməz. Türkiyə-Suriya sərhədi bütün dünyanın izlədiyi bir zonadır, burada olan hər hansı hərəkəti bütün dünya ölkələri görür. Türkiyə belə bir şey etməz, etik olaraq da, real olaraq da mümkün deyil. Bu gün Suriya rejiminə dəstək verənlər əslində İŞİD-ə dəstək verirlər. İŞİD-i ortaya çıxaran, bəsləyən əsas faktor Suriya rejimidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ