Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Mədəniyyət və İncəsənət Universiteti ilə AMEA arasında əməkdaşlıq

16:08  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Son zamanlar Təhsil Nazirliyi ilə AMEA arasındakı müştərək layihələr ictimaiyyətin diqqət mərkəzindədi. Tələbələrin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihələrin əsas qayələri rəhbər tutaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə AMEA arasında əməkdaşlıq başlamışdır. Belə ki, universitetin tələbələri Azərbaycan ədəbiyyatı və Mətnşünaslıq fənnlərini AMEA-nın Füzuli adına Əlyazmalar İnstitunda əyani vəsaitlər vasitəsilə daha dərindən öyrənirlər. Bu günlərdə Universitetin professoru Gülşən Əliyeva-Kəngərli tələbələrlə birlikdə Əlyazmalar İnstitutunun ekpozisiya zallarında qədim əlyazma nüsxələri ilə tanış olmuşlar. Mətnşünaslıq fənninin tədrisi çərçivəsində keçirilən bu dərsdə nəfis miniatürlərlə bəzədilmiş əlyazmalar həm yaranma tarixi, həm də işlənmə səviyyəsinə görə tələbələrin diqqətini çəkdi.

İnstitutda qorunan qədim əlyazmalarla tələbələri institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tanış etmişdir. 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Məhəmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov və digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyaz¬ma nüsxələri nümayiş olunur.

Tələbələr Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanmış, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olmuşlar. Universitetin rəssamlıq sənəti fakültəsinin tələbələri Əlyazmalar İnstitutunun fondlarında Azərbaycanın zəngin miniatür sənətinə aid kolleksiyalarla tanış olaraq bu elm və sənət məbədindən zəngin təəssüratla ayrılmışlar. Tələbələr fondda qorunan ədəbiyyat nümunələri ilə yanaşı rəssamlıq sənətinə dair nadir əsərlərlə də yaxından tanış olmuşlar.

İnstitutun şöbə müdiri Nigar Babaxanlı Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII – XIV əsrlərdə Təbriz və Marağa şəhərlərində yaranmasından, Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşmasından və (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərdiyini qeyd edərək ekspozisiya haqqında geniş məlumat verdi. Tələbələr eyni zamanda XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli, xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat aldılar. Əlyazmalar İnstitutunda saxlanan əlyazmalar kitabları içində bədii cəhətdən dəyəri ilə diqqəti cəlb edən bir sıra miniatür rəsmlər rəssam tələbələrin marağına səbəb oldu. Bunlardan Nizami Gəncəvi Xəmsəsinə, Sənainin “Hədiqətül-həqayiq”, Əmir Xosrov Dəhləvinin “Həşt behişt” poemalarına, Hafiz, Füzuli, Ürfi, Əmin Şahi, məktəbi divanlarının, “Nüşafərin və Gövhərtac” əsərinə çəkilmiş miniatürlər sənətkarlıq baxımından xüsusilə seçilirlər. Bu rəsmlər əsasən Təbriz miniatür məktəbinə məxsusdur.

İnstitutda keçirilən dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, tələbələrin elmə marağının artırılması və eyni zamanda xalqın milli-mənəviyyat xəzinəsinə daxil olan nəfis miniatürlər və əlyazmalarla tanışlığa səbəb oldu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO