Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

15:08  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. Mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib.

ADİU-nun mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.

Bundan başqa UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək.

Türkiyənin nüfuzlu universitetlərilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas - biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, UNEC-lə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında 2015-ci ilin sentyabrında ikili diploma dair memorandum imzalanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO