Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

“Rusiya böyük itkilər verəcək, Türkiyə isə...”

15:00  |    03 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Səsləndirilən bəyanatlara baxmayaraq, vəziyyət göründüyündən də mürəkkəbdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, Rusiyanın belə bir məqamda “Türk axını”ndan imtina etməsi Türkiyənin real qaz bazarına təsir etməyəcək:

“Çünki “Türk axını” layihəsi ilə bağlı texniki işlər görülsə də, layihə reallaşmayıb. “Mavi axın” qaz layihəsi isə Rusiya-Türkiyə arasında imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Müqaviləyə görə, satan tərəf, yəni Rusiya Türkiyəyə qaz verməkdən imtina edərsə, Moskva Ankaraya kompensasiya ödəməlidir. Hələlik bu barədə heç bir söhbət yoxdur. Eyni zamanda, Türkiyə tərəfi də layihə çərçivəsində üzərinə müəyyən məsuliyyət götürüb. Ona görə də tərəflərin bu kimi ciddi layihədən birmənalı olaraq imtina etməsi çətindir”.

Politoloq Rusiya ilə yaranmış gərginlik fonunda Türkiyənin alternativ qaz bazarlarını da dəyərləndirib:

“Əslində, Türkiyə təkcə İran, Azərbaycan, türkmən qazını deyil, eyni zamanda, Misir, Liviya, Əlcəzair və Qətərdən də mavi yanacaq ala bilər. Türkiyənin sənaye müəssisələri, istilik stansiyalarının bir qismi, orta və kiçik şəhərlərdəki qazanxanalar kömürlə işləmək imkanına da malikdir. Beləliklə Türkiyə qaz qıtlığını kömürlə də əvəz edə bilər. Bu, bir az zaman və xərc tələb edən bir məsələ olsa da, Türkiyə üçün fəlakət deyil. Yəni Türkiyə yaranmış vəziyyətdən itkisiz çıxa, ancaq Rusiya böyük itkilər verə bilər. Hazırda dünya qaz bazarında güclü rəqabət var. Türkiyə kimi irihəcmli bazarın itirilməsi “Qazprom” üçün yaxşı heç nə vəd etmir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.03.2020
Professor: “Yaxınlarda Qarabağda savaş başlaya bilər” – Şok müsahibə
31.03.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinə İranın MÜNASİBƏTİ
30.03.2020
Bu, Çinin bioloji silahıdır - ABŞ-dan 20 trilyonluq şok ittiham
30.03.2020
Türkiyədən Qarabağda keçiriləcək seçkilərlə bağlı ÇAĞIRIŞ: Boykot edin
29.03.2020
Lukaşenko bütün planetlə məzələnir - Jirinovski