Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7084

Digər sorğular

Dərmanların qiymətlərinin tənzimlənməsi gələn il başa çatacaq

18:38  |    02 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Bütünlükdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gələn ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub”. Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

O bildirib ki, ümumilikdə dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin bu ilin sonunadək başa çatdırılacaq.

Şöbə müdiri qeyd edib ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib: “Dekabrın 21-dən etibarən isə daha 1258 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Bununla da qiyməti təsdiq edilmiş 3540 dərman vasitəsi yeni qiymətlərlə satışda olacaq”.

Qeyd edək ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 95 %-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.09.2020
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yaxın günlərdə aparılacaq
23.09.2020
Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır
22.09.2020
Sabah bu ərazilərdə qaz olmayacaq
22.09.2020
Əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
21.09.2020
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO