Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

UNEC-də doktoranturaya yeni qəbul qaydaları qüvvəyə minib

15:45  |    02 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

İqtisad Universitetində (UNEC) doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib.

Universitetin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək.
Digər yeniliyə uyğun olaraq, İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq. Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq.

Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır.

Eləcə də, növbəti tədris ili üzrə elmlər doktoru və fəlsəfə foktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, UNEC-də 2013-cü tədris ilində doktoranturaya sənəd verənlərin ümumi sayı 52 nəfər, 2014-cü ildə 63 nəfər olduğu halda, 2015-ci ildə əhəmiyyətli dərəcədə artaraq 104 nəfər təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO