Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Əlil pensiyaçıların etibarlı sosial müdafiəsi təmin edilib

15:00  |    02 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

3 dekabr-Beynəlxalq Əlillər günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən məlumata görə, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 1 dekabr 2015-ci il tarixə 149,09 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği 257,35 manat təşkil edir.

2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinin üzərinə I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, həmçinin öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5% məbləğində əlavələr hesablanır. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO