Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Azərbaycan Tailandda Quru Limanların işi üzrə işçi qrupun görüşündə iştirak edib

22:45  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Tailandın paytaxtı Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Quru Limanların işi üzrə işçi qrupun ilk görüşü keçirilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından AZƏRTAC-a bildirilib ki, Bakı Limanının baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və İstismar Xidmətinin müdiri Yevgeni Si həmin görüşdə iştirak ediblər.

Görüş çərçivəsində Quru Limanlar üzrə Hökumətlərarası Razılaşmanın həyata keçirilməsi statusu, quru limanların inkişafına dair məsələlər, o cümlədən quru limanlara investisiyaların cəlb edilməsi müzakirə edilib. İlkin olaraq, nümayəndə heyətləri öz ölkələrində quru limanların inkişafı ilə bağlı atılan addımlar və strategiyalar, o cümlədən quru limanların beynəlxalq əhəmiyyətinin artırılması istiqamətində irəli sürdükləri təkliflər barədə məlumat veriblər.

Görüşdə Azərbaycanla yanaşı Banqladeş, Butan, Çin, Hindistan, İran, Yaponiya, Qazaxıstan, Monqolustan, Myanma, Nepal, Pakistan, Filippin, Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan və Vyetnam kimi ölkələr iştirak edib.

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Bakı Limanı ilə yanaşı Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri də təmsil olunublar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hal-hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük limanı olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb