Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Xəzərdə nüvə silahı?

19:22  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyanın Xəzər donanmasının üç raket gəmisi - “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” təlimlər keçirmək üçün açıq dənizə çıxıblar.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti gəmilərin düşmən tərəfindən kütləvi qırğın silahının tətbiqi zamanı qarşılıqlı fəaliyyət taktikasını sınaqdan keçirəcəklərini bildirir.

Təlimlərin ssenarisinə görə, gəmilər dənizin kütləvi qırğın silahının tətbiqi nəticəsində çirklənmiş sahəsini maksimal sürətlə keçməlidir. Bu zaman gəmilərin heyəti düşmənin radiasion, kimyəvi və bioloji hücumlarından müdafiə də olunmalıdır.

Təlimlərin gedişində dənizçilər hərəkət halında təchizat gəmilərindən yanacaq və yüklərin götürülməsini də sınaqdan keçirəcəklər. Habelə gəmilərin qarşısında Rusiyanın Xəzər dənizi rayonunda iqtisadi fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə dair digər vəzifələr də qoyulub.

Hərbi təlimlərin gedişində gəmilər Xəzər dənizində 2 min mil məsafə qət edəcəklər.

Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” raket gəmisi bu təlimlərdə iştirak etmir. Ancaq gəmi gələn il Azərbaycan və Qazaxıstan hərbçilərinin də iştirakı ilə keçiriləcək “Qafqaz-2016” təlimlərində iştirak edəcək. Təlim çərçivəsində “Dağıstan” Bakıya da yan alacaq.

Xatırladaq ki, Rusiya Xəzər donanmasından Suriya əməliyyatlarında iştirak edir. Donanmanın gəmilərindən iki dəfə Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbələr endirilib.

Lakin indi Rusiyanın Xəzər donanmasının gəmilərinin şərti düşmənin kütləvi qırğın silahı tətbiqinə qarşı təlimlərə çıxarılması bir qədər anlaşılmaz görünür. Çünki Xəzər dənizində kütləvi qırğın silahı tətbiq edə biləcək şərti düşməni təsəvvür etmək çətindir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Ermənistan ön cəbhədə müxtəlif ölkələrdən gətirilmiş muzdlulardan istifadə edir - FAKTLAR
16.07.2020
Varşavada yaşayan azərbaycanlılar birlik nümayiş etdirirlər - VİDEO
16.07.2020
Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR
16.07.2020
Azərbaycanlılar Paşinyanı canlı yayım açmağa peşman etdilər - VİDEO
16.07.2020
Koronavirus testinin nəticəsi necə olur ki, səhv çıxır? - Açıqlandı