Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

İranın Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bəyanat yaydı

17:38  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb”.

APA-nın məlumatına görə, bu barədə Nardaranda baş verən hadisələrlə bağlı İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.


Bəyanatda bildirilir ki, İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub: " Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib".

Bəyanatda qeyd olunub ki, İran beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir: "Şübhəsiz İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO