Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Əhməd Davudoğlu hökumətinə etimad göstərildi

16:38  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək münasibətləri və məşğulluq sahəsində İndoneziya ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyanto ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar kursunun ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə, respublikada əmək bazarının inkişafına, məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olduğunu vurğulayıb: “İşsizliyin 4,9 faizə qədər azaldığı ölkədə dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafı da məşğulluğun artmasında mühüm rol oynayır. Nəticədə muzdla çalışanların qeyri-dövlət sektorunda çəkisi getdikcə artır. Əmək bazarında müsbət amillərdən biri kimi, ölkədə orta aylıq əmək haqqı da mütəmadi artır. Belə ki, 2005-ci illə müqayisədə bu artım 3,6 dəfədən çox təşkil edib. Təkcə bu ilin 9 ayında isə orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz çoxalıb”.

S.Müslümov əmək münasibətlərinin tənzimlənməsi sahəsində aparılan işlərdən bəhs edərək, ötən ilin ortalarında istifadəyə verilən əmək müqavilələri üzrə elektron informasiya sisteminin üstünlüklərini diqqətə çatdırıb: “Qeyd olunan sistem işçi hüquqlarının təminatına səmərəli dövlət nəzarətini həyata keçirməyə, əmək bazarına dair dolğun məlumat bazasını formalaşdırmağa və obyektiv təhlillər aparmağa imkan verib. Beynəlxalq qurumlar tərəfindən də bu sistem Azərbaycanın uğurlu bir təcrübəsi kimi dəyərləndirilir”. Nazir vurğulayıb ki, hazırda ölkədə ünvanlı dövlət sosial yardımı və tibbi-sosial ekspertiza sistemlərinin də elektron texnologiyalar üzərində avtomatlaşdırılmış işfrastrukturu qurulur. Bununla da həmin sahələrdə məmur-vətəndaş təmaslarının kifayət qədər azalmasına səbəb olan şəffaf və müasir iş mexanizmləri formalaşdırılacaq.

S.Müslümov ötən ay İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransının yüksək səviyyədə keçirildiyini xatırladıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması nəzərdə tutulur. Konfransın mühüm nəticələrindən biri kimi, həmin Mərkəzin təsis sənədləri Konfransda yekdilliklə təsdiqləndi. Təbii ki, bu, Təşkilata üzv ölkələrin, o cümlədən İndoneziyanın əmək və məşğulluq sahələrində əməkdaşlığı daha da gücləndirmək əzmini ifadə edir”. Nazir İndoneziya ilə Azərbaycan arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əmək münasibətləri, əmək bazarının inkişafı, məşğulluq və s. sahələrdə mövcud əməkdaşlığın ikitərəfli müstəvidə daha da inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

R.P.Atiyanto ölkəmizdə əmək və sosial müdafiə sistemində aparılan islahatların, xüsusən bu islahatlarda innovativ yanaşmalara, yeni texnologiyalara xüsusi önəm verilməsinin onda böyük maraq doğurduğunu qeyd edib. İki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində də əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirən səfir bununla bağlı olaraq İndoneziyanın müvafiq nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin həyata keçirilməsinin də faydalı ola biləcəyini diqqətə çatdırıb. R.P.Atiyanto əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığının formalaşdırılması və inkişafı üçün səfirlik tərəfindən də müvafiq işlərin aparılacağını diqqətə çatdırıb.

Görüşdə qeyd olunan sahələrdə əməkdaşlıq imkanları, müvafiq sahələr üzrə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin təşkili və s. məsələlər müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Suriyada türk əsgərləri terrorçuların qurduğu xain tələni belə zərərsizləşdirdi - VİDEO
12.11.2019
Türkiyəyə səs salan azərbaycanlı: 20 günə... - Foto
12.11.2019
Dünyanın ən yaşlı cütlüyü seçildi
12.11.2019
Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı
12.11.2019
Ərdoğan Trampla görüşmək üçün ABŞ-a gedib