Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Ərdoğan: “Putin İŞİD-dən neft aldığımızı sübut etsə, istefa verərəm“ -VİDEO

16:30  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Türkiyənin İŞİD terror təşkilatından neft alması ilə bağlı ittihamlarına cavab verib.

APA TV-nin xəbərinə görə, Parisdə jurnalistlərin qarşısında çıxan Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya tərəfi iddialarını sübut etsə, o, vəzifəsindən istefa verər: "Bu işlər iftiralarla getməz. Burada çox iddialı bir məsələni ortaya qoyuram. Belə bir şey isbat edildiyi an mən bu vəzifədə qalmaram. Amma hörmətli Putinə deyirəm, sən o vəzifədə qalarsanmı? Bu qədər açıq danışıram".


Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyənin neft aldığı ölkələr məlumdur: "Biz Rusiyadan neft və təbii qaz alırıq. Biz İrandan, Azərbaycandan, İraqdan, Əlcəzairdən, Qətərdən, Nigeriyadan neft və qaz alırıq. Hazırda İŞİD terror təşkilatından neft alan şəxslərdən biri, Rusiya və Suriyanın vətəndaşı olduğu Amerikanın Maliyyə Nazirliyi tərəfindən bildirilən Corc Hasvanidir. Bu adam Suriya rejiminə neft satır. Bu ortadadır. Əvvəlcə bunun hesabını versinlər"

Türkiyə prezidenti bir daha təkrarlayıb ki, Rusiya bombardmançısı Türkiyənin hava məkanını pozduğu və xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb