Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Bəşər Əsəd sülhdən danışdı

13:30  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident Bəşər Əsəd Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqların Praqada aparılmasının tərəfdarıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriyanın dövlət başçısı Çexiya televiziyasına müsahibəsində bəyan edib.

“Çexiya özünün düşünülmüş mövqeyi ilə fərqlənir. Misal üçün, sülh konfransı Fransada baş tuta bilməz. Bu ölkə terrorizmi və müharibəni dəstəkləyir. Praqaya dair təklif bütün tərəflərin ürəyincə oldu”, deyə B.Əsəd bildirib.

Suriya prezidenti Çexiyanın paytaxtında sülh sazişinin bağlanma imkanlarını təsdiqləyib: “Bu tam realdır. Bunun gerçəkləşməsini həm hökumət, hə də müxalifət istəyir”.

B.Əsədin sözlərinə görə, münaqişənin nizamlanmasının əsas şərti terrorizm üzərində qələbədir: “Məhz bunun nəticəsində səmərəli siyasi dialoq və ölkədə vəziyyətin normallaşması mümkündür”.

O, həmçinin avropalıları suriyalı qaçqınlara yardım göstərməyə çağırıb: “Onların əksəriyyəti namuslu və vicdanlı insanlardır. Lakin etiraf etməliyik ki, qaçqınların sıralarına terrorçular da qəsdən yeridilir. Sayları nə qədərdir - demək çətindir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20.07.2019
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20.07.2019
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
20.07.2019
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
19.07.2019
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB