Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Hamburqlular 2024-cü il Yay Olimpiya Oyunlarına “yox” deyib

02:32  |    01 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Almaniyanın 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürdüyü Hamburqda əhali oyunların bu şəhərdə keçirilməsini istəməyib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Hamburqda və şəhərin yaxınlığında yelkən yarışlarının keçirilməsi üçün namizəd göstərilən Kieldə keçirilən referendumda iştirak edənlərin 51,7 faizi olimpiya oyunlarının bu şəhərlərdə keçirilməsinə “yox” deyib.

Hamburqun bələdiyyə sədri Olaf Skolz deyib: “Bu bizim istəmədiyimiz bir qərar idi, lakin nəticə göz qabağındadır”.

Almaniya sonuncu dəfə 1972-ci ildə Münxendə Olimpiya Oyunlarına ev sahibliyi etmişdi. İki il əvvəl isə Münxen şəhərinin sakinləri keçirilən referendumla 2022-ci il Qış Olimpiya Oyunlarının bu şəhərdə keçiriləsini istəmədiklərini bildirmişdilər.

Hamburqla yanaşı, Roma, Paris, Budapeşt və Los Angeles şəhərlərinin də 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyi irəli sürülüb. Oyunlara ev sahibliyi edəcək şəhər 2017-ci ilin sentyabrında açıqlanacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb