Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Azərbaycanlı milyonerin məhkəməsi təxirə salınıb

21:08  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Moskva Arbitraj Məhkəməsi “Moskva Bankı”nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi və borclarının restrukturizasiyası barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün məhkəmə “Moskva Bankı”nın Telman İsmayılovun qeydiyyat ünvanını müəyyənləşdirmək üçün Federal Miqrasiya Xidmətinə sorğu göndərmək barədə vəsatətini təmin edib.

Məhkəmənin sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda T. İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Sənədlərin bir hissəsində onun Moskva şəhərində, digər hissəsində Moskva vilayətindəki Skolkovo qəsəbəsində qeydiyyatda olduğu göstərilir. Bununla əlaqədar məhkəmə işə baxana kimi borclu tərəfin ünvanının dəqiqləşdirməsini vacib hesab edib.

Xatırladaq ki, "Moskva Bankı" AST qrupunun sahibi T. İsmayılovun müflis elan olunması üçün Arbitraj Məhkəməsinə iddia təqdim edib. Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb.

Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T. İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib. İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib.

"Moskva Bankı" T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşünasları Arbitraj Məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb