Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

“BakuBus“ın daha bir sürücüsü döyüldü

20:38  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Ötən gecə "BakuBus"ın sürücüsü sərnişin tərəfindən döyülüb. Ciddi xəsarət alan sürücü xəstəxanada əməliyyat olunub. Sərnişin isə tutularaq polis bölməsinə aparılıb.

Milli.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, hadisə metronun "İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsindəki dayanacaqda baş verib: "Bizim avtobus həmin dayanacaqda dayanıb və sərnişinlər enib-mindikdən sonra avtobus qapıları bağlayaraq hərəkət edib. Az sonra sonra işıqforda yaşıl işığın yanmağını görüb yenə bir neçə saniyəlik gözləmək üçün dayanıb. Bu zaman bir qadın sərnişin qapıları açmağı xahiş edib. Lakin sürücü dayanacaqdan kənar saxlamağın qadağan olunduğunu bildirərək qapıları açmayıb və həmin qadın da avtobusa minə bilməyib. Bu vaxt avtobusun salonunda olan bir gənc kişi sərnişin məsələyə müdaxilə edərək sürücüyə qarşı kobud ifadələr işlədərək ondan qapını açmağı tələb edib. Sürücü bunun mümkün olmayacağını deyəndə isə sərnişin qəzəbli şəkildə sürücüyə yaxınlaşıb. Sürücülərin növbə dəyişmək vaxtı olduğu üçün həmin an orada olan Oqtay Novruzov adlı digər sürücü sərnişininin sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya səbəb ola biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edib və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Lakin izahla razılaşmayan qəzəbli sərnişin Oqtaya qəfildən zərbələr endirməyə başlayıb və ona ciddi xəsarət yetirib. Bu zaman avtobusda mülki geyimdə olan iki polis əməkdaşı hadisəyə müdaxilə edərək sərnişini saxlayıb və o, polis bölməsinə aparılıb. Bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş etdirən, 5 uşaq atası, evinin bütün yükünü çiyinlərində daşıyan sürücü isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub".

N.Allahyarovanın sözlərinə görə, xəsarət alan sürücü xəstəxanada "BakuBus"ın rəhbərliyi ilə görüşdə sərnişin haqqında bircə kəlmə də artıq söz işlətməyib. Dediyi isə yalnız bu olub: "Mən müdaxilə etməsəydim, sürücü qəza edəcəkdi. Mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda. Cavab qaytarmadım ki, bəlkə sakitləşər. Amma olmadı. Şükür Allaha, qəzasız ötüşdük. Əsas odur insanlara heç nə olmadı... Siz narahat olmayın. Mən yaxşıyam. Əgər qəza olsaydı və bu hadisə zamanı bir uşağın burnu qanasaydı, mən özümü heç vaxt bağışlamazdım. Yaxşı ki, sürücünü müdaxilə etməyə qoymadım".

"BakuBus" təmsilçisi həmin sürücünün başqa keyifyyəti barədə də məlumat verib: "Təxminən bir neçə həftə əvvəl Oqtayla bağlı bir kamera görüntüsü izləmişdik. O, arabalı əlil üçün pandusu açmaqla kifayətlənməyərək, özü avtobusdan düşərək yaşlı bir xanıma fiziki məhdudiyyətli övladını avtobusa mindirməyə kömək etmişdi. Biz ona demişik ki, sərnişinə minməyə kömək etmək sənin işin deyil, sən yalnız pandusu endirməlisən. O, bunu vicdanına sığışdırmadığını dedi. İndi belə bir insan döyülərək xəstəxanalıq olub. Niyə?" Çünki hansısa cavan oğlan sürücüdən qaydanı pozmağı tələb edib, bununla kifayətlənməyib onu təhqir edib, ürəyi soyumayıb döyüb. Yəqin ki, mülki geyimli polislər olmasaydı, sürücü daha böyük xəsarət ala bilərdi".

Xidmətin rəhbəri "BakuBus" adından sərnişinlərə bir daha xəbərdarlıq edib: "Bu şəhərin nəqliyyat infrastrukturu yenilənir. Siz xidmət istədiniz, biz də onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz, sadəcə, budur ki, qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmayın. Bu gecə o sürücünün ailəsi, övladları onsuz gecələdi. Amma bundan daha pis ola bilərdi. O zaman həmin sərnişin 5 uşağın və gözüyaşlı qadının gözünün içinə baxa biləcəkdimi? Bizim üçün vacib olan təkcə sərnişin məmnunluğu və onların təhlükəsizliyidir. Ancaq sürücü də bu ölkənin vətəndaşıdır və əməkdaşımız olaraq onun haqlarını müdafiə etmək borcumuzdur.

Bir daha bildiririk ki, "BakuBus" avtobuslarında sürücülərə tapşırılıb ki, sərnişinlərin dayanacaqdan kənar saxlamaqla bağlı heç bir xahişi və tələbi yerinə yetirilməsin. Avtobusun daxilində, salonunda baş verən bütün hadisələr nəzarət kameraları ilə izlənilir və qeydə alınır. Əgər sürücü qaydalara riayət etməzsə, onun idən azad edilməsinədək ən sərt tədbirlər həyata keçirilir".

Xatırladaq ki, bu il sentyabrın 16-da da "BakuBus" avtobusunda qaydalara riayət etməyən sərnişinin avtobus sürücüsünü döyməsi faktı qeydə alınmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO