Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Rusiyada daha iki xarici QHT-yə qadağa qoyuldu

18:53  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Baş Prokurorluğu ölkədə daha iki xarici qeyri-hökumət təşkilatının fəaliyyətini arzuolunmaz sayıb. Novator.az xəbər verir ki, Baş Prokurorluğun rəsmisi Marina Qridneva noyabrın 30-da belə açıqlama verib. Qridnevanın sözlərinə görə, qara siyahıya Açıq Cəmiyyət Fondu (Open Society Foundations) və Açıq Cəmiyyət İnstitutu – Dəstək Fondu (OSI Assistance Foundation) salınıb.


2015-ci ilin may ayında Rusiyada xarici və beynəlxalq təşkilatların fəaliyyətinə arzuolunmaz statusu verilməsi barədə qanun qəbul olunub. Qanuna görə, hüquq mühafizə orqanları xarici və beynəlxalq təşkilatların fəaliyyətini ölkə konstitusiyası, dövlətin müdafiə qabiliyyəti üçün təhlükəli hesab edərsə, həmin təşkilatların fəaliyyətinə məhdudiyyət qoyula bilər.

Rusiya qanunvericiliyinə görə, təşkilatın fəaliyyətinə arzuolunmaz statusu verilməsi haqda qərarı baş prokuror və onun müavinləri Xarici İşlər Nazirliyi ilə razılaşdırıb qəbul edir. Qadağa eyni qaydada ləğv olunur.

Rusiyada arzuolunmaz xarici təşkilatların siyahısında Soros Fondu, ABŞ-ın Milli Demokratiya Fondu (NED), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Milli Demokratiya İnstitutu (NDI) kimi qurumlar yer alır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Ermənistan ön cəbhədə müxtəlif ölkələrdən gətirilmiş muzdlulardan istifadə edir - FAKTLAR
16.07.2020
Varşavada yaşayan azərbaycanlılar birlik nümayiş etdirirlər - VİDEO
16.07.2020
Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR
16.07.2020
Azərbaycanlılar Paşinyanı canlı yayım açmağa peşman etdilər - VİDEO
16.07.2020
Koronavirus testinin nəticəsi necə olur ki, səhv çıxır? - Açıqlandı