Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Obama aeroportdan birbaşa “Bataklan“ teatrına getdi

18:45  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

ABŞ prezidenti Barak Obama BMT-nin iqlim dəyişikliyi sammiti üçün Parisə gələndən sonra noyabrın 13-də hücuma uğramış "Bataklan" teatrına baş çəkib.

B.Obamanın korteji Orli hava limanından birbaşa "Bataklan" teatrının ərazisinə gedib.

Fransa prezidenti Fransua Olland və Paris meri Anne Hidalgonun müşayiəti ilə teatra gedən ABŞ prezidenti 90 nəfərin öldürüldüyü məkana bir ağ qızıl gül qoyub. Daha sonra o, başını aşağı əyərək sükut içində dayanıb.

Səfər üçün təhlükəsizlik gücləndirilib, ərazi üzərində vertolyotlar uçub, yollar bağlanıb.

Bazar ertəsi fəaliyyətə başlayan sammitdə təxminən 150 dünya lideri iştirak edəcək.

Özünü "İslam Dövləti" adlandıran qruplaşmanın məsuliyyətini üzərinə götürdüyü 13 noyabr hücumlarında 130 nəfər həyatını itirib, 360 nəfər xəsarət alıb.

Silahlı şəxslər şəhərin 7 müxtəlif hissəsində atəş açıb və bomba partladıb. Fransada hücumlardan sonra hələ də fövqəladə vəziyyətdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycan əsilli milyarderin aktivləri dondurulur
20.10.2019
Kataloniyada etirazlar zamanı 60 jurnalist xəsarət alıb
20.10.2019
Terrorçular atəşkəsi pozdu, türk əsgəri Suriyada şəhid oldu
20.10.2019
ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək
20.10.2019
Tramp: “Hillari Klinton ağlını itirib”