Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Nazir səfirlə görüşüb

19:22  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı barədə səfirə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir.

Aparılan uğurlu iqtisadi islahatların güclü sosial siyasətlə tamamlandığını bildirən S.Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə ölkəmizdə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 milyondan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9 faizə enib. Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır”.
S.Müslümov ölkə əhalisinin təqribən 22 faizdən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: “Ötən ildən respublikamızda tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır”. Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.

R.Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izlənildiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO