Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

“Yeni Üfüq“ Şamaxıda tədbir keçirib

17:30  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı da “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Məhz bu səbəbdən insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı mütərəqqi adət və ənənələrin yaradıcısı xalq hesab olunur. Bu irsi gələcəyə çatdıran isə gənclərdir və ailələr bu mənada onların təlim və tərbiyəsinə xüsusi diqqət yetirməlidir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək deyib ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyimizi də qorumalıyıq: “Ancaq bu gün dini alətə çevirərək dünyada vəhşi müsəlman obrazı formalaşdıran güc mərkəzlərinə Azərbaycanda da öz məkrli planlarını həyata keçirməyə fürsət verməməliyik. Hamılıqla dövlətin yanında olmağa imanımızla borcluyuq. Qarabağın azadlığı da dövlətimizin, ərazi bütövlüyümüzün, o cümlədən mənəvi dəyərlərimizin mühafizə olunmüsınadan keçir”.

Qeyd edək ki, tədbirdə Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, Şamaxı şəhər “Cümə məscidi” dini icmasının sədri Akif Hüseynov və başqa iştirakçılar çıxış ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO