Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Putin Federal Məclisə müraciətlə çıxış edəcək

17:08  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də 12-ci dəfə Federal Məclisə ənənəvi müraciət ilə çıxış edəcək.

Oxu.az xəbər verir ki, bu barədə çıxışı canlı yayımlayacaq “Rossiya 1” telekanalının saytında məlumat yayılıb.

Dövlət başçısı öz çıxışına Moskva vaxtı ilə saat 12:00-da başlayacaq. Müraciətin mətni açıqlanmır.

Kremldə Putinin çıxışının tarixi haqqında dəqiq məlumatı hələlik təsdiqləməyiblər.

Noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Federal Məclisə müraciətinin əsas mövzusunun təhlükəsizlik məsələlərinin olması barədə məlumatı təkzib edib.

“Xeyr, bu, belə deyil”, - Peskov “Komersant” qəzetinin məlumatının doğruluğu barədə suala cavab verərkən bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Federal Məclisi RF-nin qanunverici orqanıdır. Federal Məclisin statusu Rusiya Konstitusiyasının beşinci fəslində müəyyən edilib.

Federal Məclisin vəzifə və səlahiyyətləri iki palata - Dövlət Duması (aşağı palata) və Federasiya Şurası (yuxarı palata) arasında müəyyənləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb