Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirildi -VİDEO

14:30  |    30 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib.

APA TV-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi İqor Mityakov isə pilot Oleq Peşkovun cənazəsinin noyabrın 29-da rusiyalı diplomatlara veriləcəyini açıqlayıb.

Qeyd edək ki, polkovnik-leytenant O.Peşkov təyyarə vurulandan sonra katapult edib və paraşütlə yerə düşərkən suriyalı döyüşçülər tərəfindən öldürülüb. Digər ekipaj üzvü kapitan Konstantin Muraxtin isə sağ tapılaraq xəsarətlərlə hospitala çatdırılıb.

Bundan başqa, ekipaj üzvlərinin tapılması üçün keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı matros Aleksandr Pozıniç həlak olub. Onun da içərisində olduğu vertolyot atəş altına düşüb.

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsi Suriya istiqamətindən Türkiyə sərhədini pozub. Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlığına məhəl qoymayan "Su-24" Türkiyənin iki "F-16" təyyarəsi tərəfindən vurulub.

Bu hadisə iki ölkə arasında qalmaqala səbəb olub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır
08.07.2020
15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı