Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

16:35  |    28 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyanın “Su24” hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar Rusiya Federasiyası hökuməti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-la əməkdaşlığı dayandırmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski federasiyanın Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tuva, Xakasiya respublikalarının hökumətlərinə TÜRKSOY-la əlaqələrin dərhal dayandırılması barədə teleqram göndərib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, “Su24” insidenti ilə bağlı Türkiyə üzr istəmədiyi üçün Rusiya TÜRKSOY-la razılaşmanı dondurmalıdır.

Qeyd edək ki, Rusiya təşkilata daxil olmasa da, onun tərkibində olan türkdilli respublikalar TÜRKSOY-da müşahidəçi statusuna malikdir.

Türkdilli ölkələri birləşdirən TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin iştirakı ilə Almatıda yaradılıb. Təşkilatın əsas qayəsi türk xalqlarına məxsus ümumi mədəni irsin gələcək nəsillərə çatdırılmasıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Ermənistan ön cəbhədə müxtəlif ölkələrdən gətirilmiş muzdlulardan istifadə edir - FAKTLAR
16.07.2020
Varşavada yaşayan azərbaycanlılar birlik nümayiş etdirirlər - VİDEO
16.07.2020
Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR
16.07.2020
Azərbaycanlılar Paşinyanı canlı yayım açmağa peşman etdilər - VİDEO
16.07.2020
Koronavirus testinin nəticəsi necə olur ki, səhv çıxır? - Açıqlandı