Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6524

Digər sorğular

Putinlə Olland arasında görüş keçirilir - Moskvada

01:04  |    28 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Moskvada Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Fransua Olland arasında görüş keçirilir.

QAZİLER.AZ-ın APA-ya istinadən məlumatına görə, Kremldə keçirilən görüşdə Vladimir Putin Parisdə baş verən terror aktı ilə bağlı fransalı həmkarına başsağlığı verib: "Bildiyiniz kimi Rusiya da terrordan əziyyət çəkib. Bir müddət əvvəl terrorçular tərəfindən sərnişin təyyarəmizin partladılması nəticəsində xeyli sayda insan həyatını itirdi. Parisdə də xeyli sayda insan itkisi ilə nəticələn terror aktı baş verdi. Rusiya və Fransanın terror aktları nəticəsində itkiləri onları terrorla mübarizədə səylərini birləşdirməyə məcbur edir. Moskva buna hazırdır".

Rusiya prezidenti Moskva və Parisin terrorla mübarizədə geniş koalisiyanın yaradılmasının vacibliyi barədə mövqeyinin üst-üstə düşdüyünü qeyd edib.

Fransa prezidenti Fransua Olland isə çıxışında terrorla mübarizədə geniş və güclü koalisiyanın yaradılmasının vacib olduğunu söyləyib.

Daha sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Qeyd edək ki, görüşdə hər iki ölkənin xarici və müdafiə nazirləri də iştirak edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO
18.10.2019
Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib