Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

ABŞ-dan Türkiyəyə dəstək – 6 qırıcı göndərildi

21:08  |    27 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə sərhədlərini Rusiya Hərbi hava Qüvvələrindən qorumaq üçün ABŞ qırıcı təyyarələri Türkiyəyə gəlib.

AzNews.az Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, artıq 6 “F15С Eagle” qırıcı təyyarəsi Türkiyədəki İncirlik bazasına gəlib. Bundan əlavə onlar İŞİD-ə qarşı vuruşmağa da kömək edəcəklər.


Amerika Müdafiə İdarəsinin mətbuat katibi Peter Kuk bildirib ki, müvafiq xahişlə ABŞ-a Türkiyə hökuməti müraciət edib. Kuk onu da qeyd edib ki, sözügedən fəaliyyət NATO müttəfiqinin təhlükəsizliyini təmin etmək və İŞİD-ə qalib gəlmək öhdəliyindən irəli gəlir.

İncirlik bazasına həmçinin əlavə qırıcı-bombardmançı təyyarələri göndəriləcək. Bu təyyarələrdən isə Türkiyə terrorçularla mübarizədə istifadə edəcək.

Qeyd edək ki, bu ilin oktyabrında rəsmi Ankara Rusiyanın Türkiyədəki səfirinə hərbi təyyarələrin sərhədi keçməsinə etirazla bağlı nota təqdim edib. Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın bildirib ki, Rusiya təyyarələrinin oktyabrın 3-dən 10-a kimi 13 dəfə sərhədi pozması qeydə alınıb. Oktyabrın 16-da Türkiyə hava sərhədini keçən pilotsuz uçan aparat vurub. Bundan sonra Türkiyə sərhədi keçən təyyarələri vuracağı ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 24-də isə Türkiyə hava sərhədini pozan Rusiya qırıcısını vurub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20.07.2019
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20.07.2019
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
20.07.2019
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
19.07.2019
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB