Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Türkmənlər Kızıldağı geri qaytarıb

20:45  |    27 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Suriyada Bəşər Əsəd rejiminə müxalif türkmənlərin özünümüdafiə qüvvələri Bayırbucak türkmən bölgəsində yerləşən Kızıldağ təpəsini geri qaytarıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mənbələr bildirib.


Məlumata görə, bölgədə şiddətli atışmalar səhər tezdən başlayıb. Səhər saat 06.00-da türkmənlərin özünümüdafiə qüvvələri Kızıldağa nəzarəti yenidən geri qaytarıblar. Xəbərdə bildirilib ki, onlar Əsəd rejiminə aid iki tankı da ələ keçiriblər.

Türkmənlərin sığındığı Yamadı qaçqın düşərgəsi isə Suriyadakı rejimin silahlıları və müttəfiqlərinin hücumu nəticəsində boşaldılır. Qaçqın türkmənlər Yamadıdan Arfalı kəndinə doğru hərəkət etməyə başlayıb.

Məlumata əsasən, Bəşşar Əsəd silahlılarına Suriyanın Lazkiye dəniz limanındakı Rusiya hərbi gəmilərindən açılan atəşlərlə dəstək verilir. Həmin atəş səsləri Türkiyənin Hatay əyalətinin Yayladağ şəhərinin mərkəzindən də eşidilir.

Qeyd edək ki, Rusiyanın döyüş təyyarələrinin hava hücumuna məruz qalan Kızıldağ ötən gün Əsəd silahlılarının nəzarətinə keçmişdi. Təpənin ələ keçirilməsində Bəşşar Əsəd rejiminin və İran silahlılarının iştirak etdiyi də bildirilir.

Məlumata görə, strateji əhəmiyyət daşıyan Kızıldağ Türkiyədən 5 km aralıda yerləşir. Bu təpənin şərq hissəsində yerləşən Yamadı kəndi isə Türkiyə sərhədinin 500 metrliyindədir. Rejim silahlıları müttəfiqlərin köməkliyi ilə bu təpəninin ətrafını da ələ keçirərlərsə, o zaman türkmənlərin 10 kəndi qarşı tərəfin top atəşinin altına düşəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış